9 mart 2011 14:16
Tardelli Şükürova ortaq oldu
Braziliyalı hücumçu Dieqo Tardelli "Anji" ilə müqavilə bağlayıb. Azerisport.az "Anji"nin saytına istinadən xəbər verir ki, müqavilə dörd ilə nəzərdə tutulub.
Qeyd edək ki, Tardelli "Anji"də dördüncü braziliyalıdır. Buna qədər Roberto Karlos, Joao Karlos və Jusiley də bu klubun heyətinə qoşulmuşdu.
