9 mart 2011 14:28
Azərbaycanın fiziki cəhətdən güclü komandası var
Türkiyə Qərb regionlarının yeniyetmələrdən ibarət yığmasının (U-17) baş məşqçisi Ramazan Torunoğlu Azərbaycanla oyunda qeydə alınan heç-heçəni (1:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bu görüşlə bağlı aşağıdakıları dilə gətirib:
“Bu turnirdə əsas məqsədimiz iştirakdır. Nəticə bizim üçün elə də böyük əhəmiyyət daşımır. Ölkənin əsas yığmasına oyunçular vermək üçün işləməliyik. Maraqlı oyun izlədik. Azərbaycan yığması çox xoşuma gəldi, fiziki cəhətdən güclü komandadır”, deyə o, AFFA-nın rəsmi saytına bildirib.
