9 mart 2011 14:28
Təbriz Həsənov: Güclü yağış birinci hissədə bizə mane oldu
Azərbaycanın futbol üzrə yeniyetmələrdən ibarət milli yığma komandasının (U-17) baş məşqçisi Təbriz Həsənov İzmirdə keçirilən beynəlxalq turnirdə Türkiyə Qərb regionları yığması ilə oyunda qeydə alınan heç-heçəni şərh edib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı bunları dilə gətirib:
“Birinci hissədə oyunumuz alınmadı. Buna səbəb güclü yağış idi. Fasilədən sonra oyunda nəzarəti tamamilə öz əlimizə aldıq. Nəticədə bir neçə hücum qurduq, hətta penaltini dəyərləndirə bilmədik”, deyə o, AFFA-nın rəsmi saytına bildirib.
