9 mart 2011 15:56
Ballak Bakıya gələ bilməyəcək
Ballak Bakıya gəlməyəcək. Azerisport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv daha Bayer Leverkusen'in yarımmüdafiəçisi Mixael Ballakı millinin oyunlarına cəlb etmək fikrində deyil.
Bundestimin çalışdırıcısı Ballakı yığmanın Martın 26-sı və 29-da müvafiq olaraq Qazaxstan və Avstriya ilə oyunlarına dəvət etməyəcəyini başa düşməyə imkan verib. Xatırladaq ki, Martın ortalarında Löv futbolçu ilə görüşərək onun gələcəyi barədə söhbət aparmaq fikrindədir. Ancaq digər informasiyaya görə Ballak Avqustun 10-u Braziliya ilə təyin olunmuş yoldaşlıq oyununda yığmanın heyətində son dəfə meydana çıxacaq. Bu oyun "bundestim"in heyətində Ballak üçün son oyun olacaq.
Xatırladaq ki, Almaniya millisi Avro-2012-nin seçmə mərhələsində yığmamızın rəqibidir.
