9 mart 2011 16:00
İqor MİTRESKİ: XL bizi daha belə məğlub edə biməyəcək
Neftçi’nin müdafiəçisi İqor Mitreski ölkə kubokunun 1/4 final cavab qarşılaşmasından (1:1) sonra azerisport.az müxbirinin suallarını cavablayıb.
Nə üçün “Neftçi”yə doğma meydandakı məğlubiyyətin (3:4) əvəzini çıxmaq müyəssər olmadı?
Lənkəran klubunu qələbə münasibəti ilə təbrik edirəm. Hər şeyi özünüz gördünüz. Düşünürəm ki, bu oyunu pis keçirmədik. Əlbəttə, hər şey bizim üçün pis nəticələndi. Vəziyyətləri qiymətləndirə bilsəydik, məlum deyil oyun necə nəticələnərdi... İndi yenidən premyer-liqa oyunlarına qayıdırıq və nəyin bahasına olursa, turnir cədvəlində birinci pilləni əldə saxlamalıyıq.
Lənkəranda belə oynamaq hər rəqibin işi deyil. Neftçi’yə nə çatmadı?
İlknövbədə uğur. Bu vacib amildir. Oyunumuzla çempionluğa bir nömrəli namizəd olduğumuzu göstərdik.
İlk oyunda hakimlikdən qonaqlar narazı qaldılar. Bu dəfə sizin komandanız...
Hakimlər haqda danışmaq istəmirəm. Buna baxmayaraq bizim kifayət qədər iradımız var. Heç olmasa birinci hissədəki vəziyyətə nəzər salın. Vüsal Əliyev Xəzər Lənkəranın oyunçusunu meydandan qovmalı idi. Rəqib azlıqda qalsaydı, çox şey baş verə bilərdi.
Hesab etmirsiniz ki, komandalar məğlubiyyətdən sonra tez-tez hamını və hər şeyi təqsirləndirirlər? Bu adət halını alıb?
Biz bəhanə gətirmirik, hər şeyə real baxırıq.
Demək, normal hakimliklə Neftçi Xəzər Lənkəranı keçə bilərdi?
Bunu birmənalı şəkildə mühakimə etmək düzgün olmazdı. Ola bilər ki, bu belə də olardı.
Əsas rəqibinizin premyer-liqada iştirakı fonunda kubokdakı məğlubiyyət komandanın özünəinamını sarsıtmaz?
Qətiyyən. Biz təcrübəsiz komanda deyilik ki, özünəinamı belə tez itirək.Heç nəyə baxmayaraq Neftçi’də gözəl ab-hava var. Məşqçi heyəti və klub rəhbərliyi oyunlara yaxşı hazırlaşmağımız üçün hər şey edir. İrəli baxmaq lazımdır.
İrəlidə hələ Xəzər Lənkəran’la iki oyun var.
Mübarizə aparacağıq. Xəzər Lənkəran bizi daha belə məğlub edə biməyəcək. Özü də nəinki Bakıda, hətta öz meydanında belə. Qarşıda ilk “altılığ”ın da maraqlı oyunları var. Bu həftə Bakı ilə oynamalıyıq. Öz səhvlərimizi təhlil edib oynayacağıq. Kubokdan kənarda qalmağımız tapşırığı bir qədər yüngülləşdirir. Necə olsa da, bir cədhədə mübarizə aparmaq rahatdır.
