9 mart 2011 17:18
Naci Şensoy: Hakim sağ olsun!
"Turan"ın türkiyəli baş məşqçisi Naci Şensoy ölkə kubokunun 1/4 final qarşılaşmasının AZAL-la cavab oyununu (1:1) şərh edib. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bölgə klubunun çalışdırıcısı görüşlə bağlı bunları dilə gətirib:
"Bu gün çox yaxşı oyun göstərdik. AZAL-la hər iki oyunda başabaş mübarizə aparsaq da, təcrübəsizlikdən hər iki oyunda qol buraxdıq. Rəqib kimi rəğbət bəslədiyim hakim Fariz Yusifova təşəkkür edirəm. İndi kubok geridə qaldı. Çempionatın oyunlarına hazırlaşacağıq".
