9 mart 2011 17:47

Belçikanı məğlub edək, yüzlükdə qalaq...

Futbol üzrə Azərbaycan yığması dünyanın ən güclü 100 yığması sırasını tərk etməyə çox yaxındır.
 
Azerisport.az xəbər verir ki, FIFA reytinqinə əsasən Mart ayının yekunlarına görə yığmamız hesabında 320 xalla 100-cü yerdə qərarlaşıb. Komanda 24 xal itirərək bir pillə geriləyib. Buna səbəb Berti Foqtsun yetirmələrinin Fevralda Macarıstan yığmasına məğlubiyyətidir. Son illər əldə etdiyimiz uğurlara rəğmən deməliyik ki, son aylar ancaq neqativ hisslər yaşamışıq. İndi Azərbaycan yığması iki il qabaq baş vermiş zəlzələdən hələ də özünə gələ bilməyən, bir pillə bizdən irəlidə olan Haiti və bir pillə aşağıda qərarlaşmış Antiqua və Barbuda yığması ilə qonşuluq edir.
 
Martın 29-u qarşılaşacağımız Belçika yığması isə hazırda hesabında 512 xalla 62-ci pillədə yer alıb. Jorj Leekensin yetirmələri əvvəlki aylarla müqayisədə 45 xal itirərək 4 pillə geriləyiblər. Belə halda ilk yüzlükdə qalmaq üçün Brüsseldə məğlub olmamalıyıq. Görəsən indiki halda Azərbaycan yığması buna qadirdir?
 
Almaniya yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində birinci qrupda liderlik edir. Yoahim Lövün komandası 1486 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə də vəziyyətini qəlizləşdirib. Qus Hiddinkin komandası 728 xalla 32-ci sıradadır. Avstriya - 524 xal, 61-ci pillədə yer almaqla Belçikanı qabaqlayır. Qazaxstan 5 pillə irəliləyib və hazırda 178 xalla 132-ci yerdə gedir.
 
Keçmiş SSRİ ölkələri arasında komandamız Rusiya (13-cü yer, 956 xal), Ukrayna (33-cü yer, 707 xal), Belorus (37-ci yer, 634 xal), Litva (54-cü yer, 541 xal), Ermənistan (65-ci yer, 501 xal), Gürcüstan (72-ci yer, 469 xal), Latviya (75-ci yer, 448 xal), Özbəkistan (77-ci yer, 438 xal), Estoniya (82-ci yer, 407 xal), Moldova (87-ci yer, 383 xal) komandalarından geri qalır və Qazaxstan (132-ci yer, 178 xal), Tacikistan (148-ci yer, 113 xal), Türkmənistan (154-cü yer, 94 xal) və Qırğızstan (174-cü yer, 49 xal) komandalarını qabaqlayır. UEFA reytinqində Azərbaycan 53 komanda arasında 44-cüdür.
 
İlk onluqda 1-ci yer, İspaniya (1880 xal), 2-ci yer, Hollandiya (1730 xal), 3-cü yer, Almaniya (1486 xal), 4-cü yer, Argentina (1412 xal), 5-ci yer, Braziliya (1411 xal), 6-cı yer, İngiltərə (1212 xal), 7-ci yer, Uruqvay (1172 xal), 8-ci yer, Xorvatiya (1071 xal), 9-cu yer, Portuqaliya (1060) xal, 10-cu yer, Yunanıstan (1038 xal) yer alıb.
 
Ayın ən yaxşı komandası 17 pillə irəliləyən Ekvatorial Qvineya yığmasıdır. Ən çox geriləyən komanda isə 14 pillə geriləmiş Zimbabve komandasıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.