9 mart 2011 18:28

Adrian Pit: Hakim topun əlimə təsadüfən dəydiyini başa düşdü

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Adrian Pit “Böyük oyun”dan sonra azerisport.az saytının müxbirinin suallarını cavablayıb.
 
- Çox sevinirəm ki, yarımfinala məhz mənim komandam çıxdı. Oyuna gəlincə deyim ki, hər iki komandanın qol şansları vardı. Ümumi qələbəyə sevinməkdən əvvəl bizi 90 dəqiqəlik mübarizə gözləyirdi. Məşqçinin yerinə yetirilməsi qarşımıza qoyulan taktiki tapşırıqları vardı.
 
- Klubunuzun ilk oyunda hakimlikdən narazılığı cavab oyununda hakimin start fitinə qədər davam etdi. Bəs bu dəfə?
 - Komandanı deyə bilmərəm, ancaq mən narazlı deyiləm. Mənim ayaqlarıma bərk vururdular. Rəqib çox aqressiv oynayırdı. Hər halda onları başa düşmək olar. Neftçi növbəti mərhələyə keçmək istəyirdi. Bununla belə, hakim onların da oyunçularına vərəqə göstərə bilərdi.
 
- Əvəzində sizin iştirakınızla epizod rəqib tərəfindən emosiya dalğası doğurdu. Sizin əllə oyununuz...
- Mənim oyundan mümkün qovulmağım ədalətsizlik olardı. İlk növbədə qeyd edim ki, ilk xəbərdarlıq anlaşılmaz oldu. Hətta niyə sarı vərəqə almağımı da bilmədim. İkinci epizodda mən başla oynamaq istəyirdim. Ancaq top əlimə dəydi. Qeyd edim ki, təsadüfən. Hakim bunu başa düşdü.
 
- Sizcə komandanız kubokda, yoxsa Premyer Liqada qələbəyə yaxındır?
- Mən bu turnirlərin oyunlarını ayırmazdım. Mərhələ-mərhələ məqsədə doğru gedirik. Oynayacağıq və mütəmadi qələbə qazanmağa çalışacağıq. Sonra nə qazandığımıza baxarıq.
 
- Yəqin ki, bu qələbə Neftçi ilə çempionluq mübarizəsində xüsusi üstünlük olacaq.
- Buna inanmıram. Komandalar eyni olsa da, turnirlər müxtəlifdi. Biz gərək göylərdə uçmayaq. Yerdə inamla gəzmək və hər şeyə hazır olmaq lazımdır.
 
- Qarşıda “altılıq”da ilk oyun - AZAL-la oyun var...
- Hələ bu komandaya qarşı oynamamışam. Ancaq oyunlarını görmüşəm. Orda yüksək səviyyəli ən azı dörd-beş futbolçu var. Oyunları xoşuma gəldi. Ciddi rəqib hesab etmək olar. Ümid edirəm ki, zədəli oyunçular sıramıza qayıdacaqlar. Bizə qələbə qazanmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.