9 mart 2011 20:18
Anji`nin yeni mövsüm üçün məqsədləri açıqlandı
Mahir Şükürovun çıxış etdiyi "Anji"nin Rusiya çempionatında yeni məqsədi var. Azerisport.az xəbər verir ki, Mahaçqala klubunun icraçı direktoru Qerman Çistyakov bu barədə komandanın mətbuat xidmətinə məlumat verib:
"Komandanın qarşısına ilk səkkizliyə düşmək vəzifəsi qoyulub. Düşünürəm ki, klubun son vaxtlar apardığı transfer siyasətini nəzərə alsaq, bu, tam obyektiv və mümkün məsələdir. Öz gücümüzü real qiymətləndiririk, bilirik ki. təzə oyunçular hələ oyuna alışmalıdır. Bu, müəyyən vaxt alacaq".
Qeyd edək ki, "Anji"də vaxtilə millimizin şərəfini qorumuş Emin Ağayev və Vaqif Sadıqov da məşqçi kimi çalışır.
