9 mart 2011 20:19
Azərbaycan yığması həvəskarlarla qarşılaşacaq
Bakıda keçirilən təlim-məşq toplanışı zamanı futbol üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası (U-19) yoldaşlıq oyunu keçirəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən bildirir ki, gənclərin rəqibi həvəskar futbolçulardan təşkil edilmiş "Neftçi" komandası olacaq.
Görüş martın 10-da saat 11:30-da Mərdəkanda - "Dalğa" stadionunda baş tutacaq.
