9 mart 2011 20:38
Belçika Azərbaycanla oyun ərəfəsində daha bir futbolsunu itirə bilər
Belçika daha bir oyunçusunu itirə bilər. Azerisport.az Belçika KİV-nə istinadən bildirir ki, əslən braziliyalı İqor de Kamarqo Avro-2012-nin seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Avstriya (25 Mart) və Azərbaycanla (29 Mart) oyunları buraxmaq təhlükəsiylə üzləşib.
"Borussia"nın (Münhenqladbax) hücumçusu komandanın məşqləri zamanı sol dizini zədələyib. Bu mövsüm alman klubunun ən sərrast hücumçusu (8 qol) qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, həmçinin Maruan Fellaini, Tomas Vermalen və Nikolos Lombertsin də iştirkı sual altındadır.
