10 mart 2011 13:14
Foqts XL - Neftçi matçından imtinasının səbəblərini açıqladı
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Lənkəranda keçirilən ölkə kubokunun “Xəzər Lənkəran” – “Neftçi” görüşünü (1:1) erkən tərk etməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, Lənkəran şəhər stadionunu matçın bitməsinə 10 dəqiqə qalmış tərk etməsinə bir neçə amil səbəb olub:
“Bizim bura yolumuz heç də yaxın deyil. Hələ biz dərhal geri qayıtmalı idik. Həm də stadionda çox soyuq idi. Amma mənim üçün başlıca nə məqamlar var idisə, onları da gördüm. Həm də mən inanmırdım ki, son dəqiqələrdə “Neftçi” “Xəzər Lənkəran”a 2 qol vura bilər. Bunu oyunun gedişindən də hiss etmək mümkün idi”.
