10 mart 2011 13:32
“AZAL-ın potensialı XL üzərində qələbə haqda düşünməyə əsas verir”
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın “altılıq” mərhələsinin ilk, bütövlükdə isə 23-cü turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində “təyyarəçilər”in çalışdırıcısı qarşıdan gələn oyunla bağlı bunları dilə gətirib:
“Xəzər Lənkəran” çox güclü komandadı. Ancaq biz qarşımıza onları məğlub etmək vəzifəsini qoymuşuq. Onlar güclü olsa da, biz qorxmuruq. Hesab edirəm ki, AZAL-ın potensialı XL üzərində qələbə qazanmaq haqda düşünməyə əsas verir. Biz sonuncu dəfə onlara səfərdə 1:2 hesabıyla uduzduq. Düşünürəm ki, onda nəticə bizim üçün ürəkaçan olmasa da, heç də pis oynamamışdıq”.
