10 mart 2011 01:44
Xəzər Lənkəran AZAL-la oyuna Bakıda hazırlaşır
“Xəzər Lənkəran” Premyer Liqanın final – “altılıq” mərhələsinin startı ərəfəsində yenidən Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, “Neftçi” ilə kubokun cavab görüşündən sonra Mirça Rednikin komandası dünən axşam saatlarında paytaxta dönüb.
Bugündən etibarən isə cənublular AZAL-la oyunun hazırlıqlarına başlayacaqlar. Komandanın əsas itkilərindən olan Uinston Parksın artıq zədə problemi yoxdu. Onun vəziyyəti normaldı. Lakin ola bilər ki, kosta-rikalı futbolçu AZAl-la oyunda meydana çıxmasın. Lakin o, martın 18-də “Neftci” ilə “Fırtanalar Meydanı”nda keçiriləcək oyunda komandasına kömək edə biləcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın Premyer Liqada növbəti oyunu AZAL-la martın 13-də “Şəfa” stadionunda baş tutacaq.
