10 mart 2011 15:43
Yığmamız həvəskarlara da qalib gələ bilmədi
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Mərdəkandakı “Dalğa” stadionunda həvəskarlardan ibarət «Neftçi» komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Vəli Qasımovun çalışdırdığı yığmamızın heyətində Eldar Cankişiyev və Samir Rüstəmli fərqlənib.
