10 mart 2011 14:47
Əfran İsmayılov: Qələbə seriyasına davam və 3 xal
“Qarabağ”ın, eləcə də yığma komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın “altılıq” mərhələsinin ilk, bütövlükdə isə 23-cü turunun “İnter”lə oyunu öncəsi fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Türkiyə toplanışının gedişində biz “İnter”lə də oyuna əsaslı surətdə hazırlaşmışıq. Əlbəttə, oyun heç də asan olmayacaq. Ancaq biz qələbə seriyamızı davam etdirməyə, 3 xal qazanmağa çalışacağıq. Mənim bu oyunda iştirakıma gəlincə, çox istəyirəm ki, elə ilk dəqiqələrdən meydanda olum. Baxaq görək hər şey necə olacaq”.
