10 mart 2011 15:29
XL-ı yenə azarkeşləri ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
8 mart 2011-ci il tarixində 19-cu Azərbaycan Kubokunun 1/4 finalının cavab oyunu “Xəzər Lənkəran” – “Neftçi” matçının 45 və 86-cı dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“İnter” – “Abşeron” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində “Abşeron”un futbolçusu Timur İsrafilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
