10 mart 2011 16:18

Kamran Ağayevdən yeni rekord

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunu Kamran Ağayev üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın qapıçısı 1:1 hesabı ilə bitən matça kapitan sarğısı ilə çıxıb ki, bununla da rekord müəllifi olub.
 
Məsələ burasındadı ki, Ağayev karyerasında 59-cu dəfə matça “Xəzər Lənkəran”ın kapitanı kimi çıxıb. Bununla da o, Mahmud Qurbanovun rekordunu təkrarlayıb. İlk dəfə komandanın kapitan sarğısını ötən mövsüm daşıyan qapıçı həmin – 2009/10 mövsümündə 36 dəfə bu şərəfə nail olmuşdu: 30 çempionat və 6 kubok matçı. Cari mövsüm isə Avroliqanın 2, çempionatın 19 və kubokun 2 matçında Kamran komandasını arxasınca meydana çıxarıb. Bununla da Mahmuda məxsus rekord təkrarlanıb. Lakin ikihakimiyyətlilik elə bu həftə başa çata bilər. Çünki növbəti oyunda bu qapıçı “Xəzər Lənkəran” tarixinin vahid rekordçu-kapitanı kimi tarixə düşəcək.
 
Qeyd edək ki, bu günə qədər 250 dəfə meydana çıxan “Xəzər Lənkəran”ın tarixinə 18 kapitan düşüb. Düzdü, klub tarixində 250 yox, 251 matç var. Lakin onlardan biri “Şəfa” üzərində texniki qələbə (2004/05 mövsümü, çempionat) olduğundan yalnız 250 dəfə kapitana ehtiyac olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.