10 mart 2011 16:30

“Hər bir oyuna final matçı kimi baxırıq”

“Qarabağ”ın yayda sıralarına qatdığı Ansi Aqolli qısa zamanda hər kəsin rəğbətini qazana bildi. Azerisport.az xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi sabitliyi və peşəkarlığı ilə diqqəti cəlb edir.
 
Albaniya millisinin də şərəfini qoruyan Aqolli Premyer Liqanın “altılıq” mərhələsinin ilk, bütövlükdə isə 23-cü turunun “İnter”lə görüşü və final mərhələsi haqqında fikirlərini bölüşüb: “İnter”ə qarşı hazırlıqlar normal gedir. İlk oyun olduğuna görə tərəflər istər-istəməz bir qədər həyəcanlı olacaq. Amma biz oyuna 3 xal üçün çıxacağıq. Ümumiyyətlə, bütün oyunlarda 3 xal üçün mübarizə aparırıq. Cari birincilikdə ilk dəfə “İnter”ə məğlub olmuşuq. Rəqibin bəlli bir oyun sistemi var. Kubokda oynamalarının onlara əlavə bir yorğunluq gətirdiyinə inanmıram. Biz bu haqda heç düşünmürük də. Biz istədiyimiz kimi oynadıqdan sonra rəqibin kimliyinin fərqi yoxdu. Qışdan sonra komandamızın heyəti yetərincə genişlənib. Bunun bizə final mərhələsində faydalı olacağını düşünürəm. Bilirik ki, bu məqamda hər bir xal çox qiymətlidi. Ona görə də hər bir oyuna final matçı kimi baxırıq. “Altılıq”dakı digər komandaların da iddialı olması mübarizəni maraqlı edəcək. Amma qeyd etdiyim kimi, biz istədiyimiz kimi oynadıqdan sonra rəqib bizim üçün maraqlı olmur. İnanıram ki, çempionatın sonunda azarkeşlərimizi sevindirəcək nəticə əldə edə biləcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.