10 mart 2011 17:17

“Bu cür hallar Neftçini həvəsdən salır və bizə pis təsir edir”

Bu gün “Neftçi”nin rəhbərliyi, məşqçilər korpusu və futbolçularından ibarət qrup jurnalistlər üçün mətbuat konfransı keçirdi. Azerisport.az xəbər verr ki, konfrans paytaxt klubunun planları və komanda ətrafında yaranan məsələlərlə bağlı idi.
 
Tədbirdə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu, komandanın kapitanı Rail Məlikov və makedoniyalı yarımmüdafiəçisi Slavko Georgiyevski iştirak edib. Mətbuat konfrasını açıq elan edən Elnur Əşrəfoğlu jurnalistlərlə görüşün məramını açıqlayıb. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd son  vaxtlar “Neftçi” ətrafında yaranan söz-söhbətlərə son qoymaq və gələcək planlardan danışmaqdı.
 
Daha sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov çıxış edərək son olaylarla bağlı fikirlərini bildirib: “Neftçi”nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klubda bütün işlər peşəkar səviyyədə qurulub. Flaqmanda Azərbaycan futbolunun inkişafı üçün, gənc futbolçuların yetişdirilməsi üçün lazımi işlər görülür. Komandamızda səviyyəli legioner futbolçularla yanaşı, istedadlı gənc  futbolçular da yer alır.Son illər “Neftçi”yə qarşı belə bir yanlış mövqe tutulub ki, guya komandamızı bilərəkdən çempion etmək istəyirlər. Bu fikirlərin əsassız olduğu hər dəfə sübut olunur. "Neftçi"nin sonuncu dəfə nə vaxt çempion olduğunu hamımız bilirik”.
 
Komandanın ölkə kubokundan kənarlaşmasına da münasibət bildirən Süleymanov bildirib ki, “Neftçi” və “Xəzər Lənkəran”ın 1/4 finalda qarşılaşması heç də düzgün addım deyildi: “Belə komandalar 1/4 finalda qarşılaşmalı deyildilər. Mən sizi inandırıram ki, bu mövsüm ölkə kubokunda daha gözəl oyunun şahidi olmayacaqsız. İndi isə bizim çempionatda lənkəranlılarla daha iki oyunumuz var. Çalışacağıq ki, həmin görüşlərdə revanş götürək”.
 
Vaxtilə hakim olmuş klub rəsmisi son oyunda Vüsal Əliyevin idarəçiliyini də dəyərləndirib: “Vüsal Əliyev Adrian Piti meydandan qova bilərdi. XL-ın yarımmüdafiəçisi əllə oynamışdı. Ancaq o, bunu etmədi. Ümumiyyətlə, hesab edirəm ki, lənkəranlılardan daha yaxşı oynamışdıq və yarımfinala da məhz biz çıxmalıydıq. Ümumilikdə isə, Vüsal Əliyevin “Xəzər Lənkəran”la oyunlarımıza təyinatı bizə heç vaxt fayda gətirmir. O, düz 4 dəfə bu iki komandanın oyunlarına təyinat alıb, “Neftçi” bir dəfə də 3 xal sevinci yaşamayıb. Lakin onu yenidən bizim oyunlarımıza təyin etsələr, etiraz etməyəcəyik. Biz çıxıb oynamağa hazırıq. Yer gəlmişkən, kimsə əcnəbi hakim gətirmək istəyirsə, biz buna da tam hazırıq”.

Komandanın baş məşqçisi Arif Əsədov da son olaylarla bağlı fikirlərini bildirib: “Mətbuatda yer alan yanlış informasiyaların yayılması oyunçuların psixoloji durumuna da təsir edir. Bu halın oyunçularımıza psixoloji təsir göstərməməsi üçün əlimizdən gələni edirik. Hər dəfə belə fikir yaranır ki, guya hakimlər gəlib bizim futbolçularımızın əvəzində oynayırlar. Bu cür hallar bizi həvəsdən salır və bizə pis təsir edir”.
 
“Neftçi”dən çox şey tələb olunur. Bizdə gənc, yerli oyunçular var. Onların keyfiyyətinə görə yalnız “Qarabağ”dan geri qala bilərik. Məndən tez-tez soruşurlar ki, niyə mən XL-la oyunlarda meydana gəncləri buraxıram. Mən də bildirirəm ki, bu yolumu davam etdirəcəm. Çünki hər bir futbolçumuzun oyun təcrübəsinin olması vacibdi” – deyə, Əsədov bildirib.
 
Əsədov XL-a məğlub olmaqla, kubokdan uzaqlaşdırılmalarının səbəblərindən danışarkən, bunları vurğulayıb: “Biz XL-ı kubokdan uzaqlaşdıra bilərdik. Ancaq bizim müəyyən problemlərimiz var idi. Birincisi, qeyd etdiyimiz kimi, hakimlik idi. Mən hakimlərdən heç vaxt danışmazdım, əgər XL-ın baş məşqçisi Mirça Rednik bu işlə məşğul olmasaydı. İkincisi, bu ilin əvvəlində Emil Mpenzanın sıradan çıxması bizə çox təsir edib. Biz onun yerinə heç kimi almadıq. Ancaq əminəm ki, qısa zamanda bu problem həllini tapacaq. Kubokdan uzaqlaşsaq da, çempionatda əla şansımız var”.
 
Futbolçular Rail Məlikov və Slavko Georgiyevski də məsələyə münasibət bildirməklə yanaşı, onlara ünvanlanan sualları cavablandırıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.