10 mart 2011 17:31
“Futbolçularımız layiq olduqları qələbəni qazandılar”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Türkiyəni təmsil edən Avropa region yığması arasında bu gün İzmir şəhərində keçirilən oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı qələbə ilə bağlı bunları dilə gətirib:
“Bugünkü rəqibimizin bizimlə oyuna qədər turnirdə cəmi bir xal qazanmasına baxmayaraq, çox çətin qarşılaşma oldu. Yenə də qol vura bilməmək problemimiz özünü büruzə verdi. Kifayət qədər təhlükəli vəziyyət yaratsaq da, onların çoxundan istifadə edə bilmədik. Hesabda iki dəfə önə keçsək də, rəqib bərabərlik qolunu vura bildi. Bununla belə, futbolçularımız sonda özlərində güc tapıb, layiq olduqları qələbəni qazandılar”.
