10 mart 2011 18:38
“Yalnız XL-la oyunları düşünməməliyik”
“Neftçi”nin təşkil etdiyi bugünkü mətbuat konfransında komandanın aparıcı üzvlərindən olan Rail Məlikovla Slavko Georgiyevski də son olaylara münasibətlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, onların baş verənlərə münasibəti belə olub:
Rail Məlikov: “Bizə heç kimin köməyi lazım deyil. Nə hakimlərin, nə də başqa şəxslərin. “Neftçi” nə qazanırsa, özü qazanır. Klubumuzun prezidenti Sadıq Sadıqov bizə böyük diqqət göstərir. Rəhbərliyin etimadını doğruldaraq, çempion olacağımıza inanıram”.
Slavko Georgiyevski: “Xahiş edirəm, məni legioner kimi qələmə verməyin. “Neftçi”də elə gözəl ab-hava var ki, özümü burada yerli futbolçu sayıram. Sadəcə, mən sənədlərə görə əcnəbiyəm. Yalnız “Xəzər Lənkəran”la oyunları düşünməməliyik. Çempion olmaq üçün “Qarabağ”, “İnter”, AZAL və “Bakı” ilə matçlarda da uğur qazanmalıyıq”.
