10 mart 2011 11:36
Moldova yığmasının üzvü ölkəmizdə oynamaqdan imtina edib
Moldova yığmasının da şərəfini qoruyan İqor Tiqirlaş Azərbaycandan təklif alsa da, bundan imtina edib. Azerisport.az xəbər verir ki, o, bu haqda Ukrayna mətbuatına müsahibəsində məlumat verib:
“Mənim “Ventspils”lə müqaviləmin müddəti bitən vaxtda Latviyada da maliyyət böhranı idi. Həmin dövrdə mənə Rusiya və Azərbaycandan yaxşı təklif var idi. Lakin mən tərəddüdsüz Zaporojye “Metallurq”unu seçdim. Hansı ki, həmin dövrdə Roman Yosifoviç tərəfindən idarə olunurdu”.
