10 mart 2011 16:45

Millimiz nəhayət ki, qələbə qazandı (YENİLƏNİB)

Türkiyənin İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirin qrup mərhələsi çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Türkiyəni təmsil edən Avropa region yığması ilə qarşılaşıb.
 
Gərgin və maraqlı mübarizəyə səhnə olan görüşdə hesabda hər dəfə önə keçməsinə baxmayaraq, cavab qoluna mane ola bilməyən komandamız yalnız son dəqiqələrdə qələbə topuna imza ata bilib. Yığmamızın heyətində David Qarayev, Ruslan Abdullayev və Ruslan Nəsirli fərqlənib.
 
Xatırladaq ki, yığmamız turnirdə keçirdiyi ilk iki oyunu eyni hesabla başa vurmuşdu. Həm İrlandiya, həm də Türkiyənin Qərb region yığması ilə qarşılaşmalar 1:1 hesabı ilə yekunlaşmışdı.
 
Beynəlxalq turnir
10 mart
 
Azərbaycan - Türkiyənin Avropa region yığması - 3:2 (0:0)
 
Bu oyunda komandamız meydana aşağıdakı start heyətlə çıxıb: Əyyub Əliyev, Elvin Camalov, Sadiq Quliyev, Adil Nağıyev, Nurlan Şiriyev, Kamran Abdullazadə, Rüstəm Əsgərov, Ruslan Abdullayev, Orxan Əliyev, Qurbanəli Əliyev, Ruslan Nəsirli.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.