11 mart 2011 12:14

Nazim Süleymanov: XL güclüdü, amma biz onlardan qorxmuruq

AZAL-ın baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində “Turan”la kubokun cavab oyunundan (1:1), qarşıdakı “Xəzər Lənkəran”la çempionat matçından və “altılıq”dakı şanslarından danışıb.
 
- Lənkəranlılar “Neftçi” ilə son iki oyunu yüksək səviyyədə keçirdilər. Yəqin ki, siz bu matçlara baxmısız?
- XL çox güclü komandadı. Bizim də qarşımıza onlara qalib gəlmək vəzifəsi qoyulub. XL güclüdü, amma biz onlardan qorxmuruq. Hesab edirəm ki, AZAL-ın potensialı onlar üzərində qələbə qazanmaq haqda düşünməyə imkan verir. Son oyunda biz səfərdə 1:2 hesabıyla məğlub olmuşduq. Fikrimcə, onda da pis oynamamışdıq. Sadəcə, nəticə ürəkaçan olmamışdı.
 
- Böyük oyun göstərdi ki, XL ölkənin ən güclü klublarından biridi. AZAL bu kluba qali gəlməyin yolunu bilirmi?
- Bu haqda informasiyanı mətbuta danışmaq istəmirəm. Ola bilər ki, baş məşqçi oyuna kimi eyni taktikanın arxasınca qaçsın. Lakin oyun vaxtı çox şey futbolçulardan asılı olur. Axı meydanda məhz onlar oynayırlar. Qış fasiləsi zamanı XL əla gücləndi. Onların “Neftçi” ilə ilk oyunu mənim daha çox xoşuma gəldi. Onlardan səfərdə xal almaq isə daha çətindi.
 
- Çoxları XL-ı AZAL ilə də oyunda favorit hesab edir...
- Oyunun startına kimi hər iki komandanın şansları bərabər olur. XL üçün də çətin matç olacaq, bizim üçün də. Həm də axı daha asan oyun olmur. Lənkəranlılar üçündə AZAL ilə qarşılaşma ikiqat əhəmiyyətlidi. Onlar “Neftçi”nin əsas izləyicisidi və istəmirlər ki, aralarındakı xal fərqi artsın. Biz də 5-ci pillədə qərarlaşmışıq və mövqeyimizi yaxşılaşdırmağa çalışırıq. Rəqibin heyətində 2-3 futbolçu var ki, öz ustalıq səviyyəsi ilə çox şeyə nail olmaq iqtidarındadı.
 
- Kimləri nəzərdə tutursuz?
- Ad çəkmək istəmirəm. Axı biz həmin futbolçulara qarşı yox, XL-a qarşı oynamalı olacağıq. Ancaq Parks mənim çox xoşuma gəlir. O, “Neftçi” ilə hər iki kubok matçını əla səviyyədə keçirdi. Topla yaxşı davranır, meydanı əla görür. Dərhal hiss olunur ki, o, yüksək səviyyəli oyunçudu. Məncə, o, Azərbaycana gəlmiş ən yaxşı  legionerlərdən biridi.
 
- Sizi kubokun yarımfinalına çıxmağınız münasibətilə də təbrik edirik. “Turan”la oyunu necə dəyərləndirərdiz?
- Meydança çox pis vəziyyətdə idi. Normal oyun sərgiləməyə mane olurdu. Ümumilikdə isə mən komandamın oyunundan razı qaldım. Qəbələ qazana bilməsək də, hər halda növbəti mərhələyə adlaya bildik. “Turan” sona kimi ümidini itirmədi və mübarizə apardı. Onların vurduğu qolda da öz səhvimizin rolu oldu. Ancaq Tovuzdakı oyunlar həmişə çətin olur. Hamı bilir ki, “Turan” evdə daha təhlükəli olur, nəinki səfərdə.
 
- İndi sizi yarımfinalda “İnter” gözləyir...
- “İnter” son Azərbaycan çempionudu. Bu, hər şeyi deyir. Onlarla mübarizə ikiqat çətin olacaq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Ancaq biz hələ “İnter”lə oyunu düşünmürük. Hələlik bütün fikrimiz “altılıq” oyunlarına yönəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.