11 mart 2011 01:16
Aleksandr Starkov üç “azərbaycanlı”nı Latviya millisinə aparır
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail ilə qarşıdan gələn oyun üçün xidmətindən yararlanmaq istədiyi futbolçuların siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, onun dəvət göndərdiyi futbolçular arasında 3 “azərbaycanlı” futbolçu da var.
Bunlar Premyer Liqamızda top qovan Ritus Krjauklis (AZAL), Andrey Rubin (Qarabağ) və Girt Karlsondu. Onların hər biri bu ayın 26-da səfərdə keçiriləcək İsraillə rəsmi oyunda iştirak edə bilər.
Qeyd edək ki, Starkov həm də “Bakı”nın baş məşqçisi postunda çalışır.
