11 mart 2011 13:21

Qarabağ: İnter üzərində 10-cu, ardıcıl 8-ci qələbə üçün

Sabah Azərbaycan Premyer Liqasının final mərhələsinin ilk turu start götürəcək. Azerisport.az xəbər verir ki, “Qarabağ” “İnter”in qonağı olacaq.
 
“Şəfa” stadionunda baş tutacaq görüş tərəflərin sayca 30-cu görüşü olacaq. Geridə qalan 29 görüşün 26-sı çempionat, 3-ü isə kubok çərçivəsində baş tutub.
 
Arxada qalan 26 oyunda “Qarabağ”ın minimal üstünlüyü var. Dekabrın 4-də Rauf Əliyevin vurduğu qolla gələn qələbə sayca 9-cu olub. 8 dəfə isə “bankirlər” 3 xalı bayram edib. Top fərqində də ağdamlılar rəqibi üstələyir. “Qarabağ” 25 qolun qarşılığında qapısında 18 top görüb.
 
Qeyd edək ki, bu komandalar arasında cari mövsümkü ilk oyun sentyabrın 11-də baş tutub. Bakılılardan Aleksandr Çertoqanovun vurduğu qol cari mövsüm ağdamlıların ilk məğlubiyyətini rəsmiləşdirib. Dekabrın 4-də Suraxanı qəsəbə stadionunda baş tutan cavab oyununda da Ağdam klubunun intiqamı eyni olub.
 
Bu qələbə eyni zamanda “Qarabağ”ın qələbə seriyasının əsasını qoyub. Son 3 ayda baş tutan 7 görüşün hamısında qələbə qazanan Qurban Qurbanovun komandası yenidən “Şəfa” stadionunda “İnter”lə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.