11 mart 2011 13:36

Elnur Allahverdiyev: Biz heç nəyi unutmamışıq

“Xəzər Lənkəran”ın və milli komandamızın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibə verib.
 
- Final mərhələsinin ilk turunda AZAL ilə qarşılaşacaqsız. Bu oyundan nə gözləyirsiz?
- Hesab edirəm ki, XL bu matçın favoritidi. Lakin arxayınlaşmaq olmaz. Çünki AZAL kifayət qədər ciddi komandadı. Çox çətin olacaq, amma biz “Şəfa”da xal itirmək istəmirik. Komandamızın məqsədi “qızıl dubl” etməkdi. Buna görə də, AZAL-la oyunda bizi ancaq qələbə qane edir. Lənkərandakı son oyunumuzda onlar heç də pis təsir bağışlamadılar. Ancaq bu dəfə biz bütün oyunboyu üstünlüyü əlimizdə saxlamaq istəyirik.
 
- Düşünmürsüz ki, rəqib heç-heçəyə də oynaya bilər?
- Bu, onların işidi. Biz öz 3 xalımızı heç kimə hədiyyə etməyə hazırlaşmırıq. Buna görə də qalan bütün oyunlarımızda qələbə qazanmaq istəyirik. Bakıya da qələbə dalınca gəlmişik. Əminəm ki, bu istəyimizə nail olacağıq. “Neftçi” ilə oyuna kimi xal itirmək olmaz. Liderliyi isə növbəti “Böyük oyun”da qaytarmağı düşünürük.
 
- Sizə elə gəlmir ki, “Xəzər Lənkəran” “Neftçi” ilə cavab matçında bir qədər arxayın görünürdü?
- Biz evdə də qələbə qazanmaq istəyirdik. Cavab görüşünə çox ciddi hazırlaşmışdıq. Təəssüf ki, erkən qol buraxdıq. Ancaq biz buna dərhal cavab verə bildik. Heç-heçəyə rəğmən, məncə biz öz gücümüzü hər kəsə göstərə bildik. XL yarımfinala yüksəlməyə layiq idi.
 
- İndi “Neftçi” çempionatda qalan 2 oyunda sizdən revanş almağa çalışacaq...
- “Altılıq”dakı bütün oyunlar çətin olacaq. Əlbəttə, “Neftçi” ilə oyunlar xüsusidi. Biz çempinatı qalib kimi bitirmək istəyirik. Bunun üçün də qalan 10 turun hamısında qələbə qazanmağımız vacibdi. “Neftçi” bizim üçün xüsusi rəqibdi, amma şəxsən mənim üçün “Qarabağ” onlardan güclüdü.
 
- Yarımfinalda sizi “Bakı” ilə oyun gözləyir...
- Bu komanda bizə tanışdı. Ötən mövsüm onlar bizi həm çempionatın son turunda, həm də ölkə kubokunda məğlub etmişdi. Nəticədə birdən-birə iki tituldan olmuşduq.
 
- Ancaq siz həmin vaxt XL-da deyildiz. Eləcə də komandanızın indiki oyunçularının əksəri...
- Düzdü, amma biz indi hamılıqla revanş götürmək istəyirik. Bu oyun “Neftçi” ilə duellərdən heç də az maraq doğurmayacaq. Hər iki komanda üçün çox vacib qarşılaşma olacaq. Biz heç nəyi unutmamışıq.
 
- “Bakı”da hansı futbolçuların oyununu qeyd edərdiz?
- “Bakı”da güclü fubolçular oynayır. Vaqiv Cavadov, Cəmşid Məhərrəmov kimi. Ancaq onların legionerləri şəxsən mənim xoşuma gəlmir. Hesab etmirəm ki, onlar bizim futbolçulardan güclüdülər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.