11 mart 2011 14:03
Mərakeş yığmasının ulduzu Mahirin yanına gəldi
“Anji” rəhbərliyi daha bir futbolçunun transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu Belçikanın “Anderlecht” klubunda çıxış edən Mubarak Bussufanın keçidini həll edib.
Beləliklə, 3.5 illik müqaviləyə imza atan Mərakeş yığmasının yarımmüdafiəçisi həmyerlimiz Mahir Şükürova komanda yoldaşı olub. Qeyd edək ki, 26 yaşlı ulduz futbolçu 2010-cu ildə Belçikanın ən yaxşı futbolçusu seçilib. Yığmada keçirdiyi 18 oyunda 1 qola imza atıb.
