11 mart 2011 14:28
Foqts Qarabağ, XL və Neftçi`nin oyununda
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 23-cü turunun 3 görüşünü canlı izləyəcək. Azerisport.az xəbər verir ki, şənbə günü ilk altılıqda yer alan “İnter”lə “Qarabağ”ın görüşünü ziyarət edəcək almaniyalı mütəxəssis səhəri gün də AZAL - “Xəzər Lənkəran” və “Bakı” – “Neftçi” qarşılaşmalarını izləməyi planlaşdırır.
Martın 14-də isə millimizin çalışdırıcısı vətəninə yollanacaq. O, bir də martın 19-da yetirmələrinin Almaniyaya gəlişini gözləyəcək. Məhz həmin gün ölkəmizin bir nömrəli komandası Belçika ilə AÇ-2012-nin seçmə mərhələ oyununun hazırlıqlarına start vermiş olacaq.
