11 mart 2011 14:47
Rauf Əliyev: İnter`lə oyunda bizi heç-heçə də qane edə bilər
Milli komandamızın və “Qarabağ”ın hücumçusu Rauf Əliyev Premyer Liqanın final – “altılıq” mərhələsinin ilk turunda qarşılaşacaqları “İnter”lə oyun haqda fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, “bankirlər”lə görüşdə hətta 1 xal da onlara sərf edəcək:
“Biz artıq bu mövsüm iki dəfə “İnter”lə qarşılaşmışıq. Onlardan birində qələbə qazanmışıq, digərində uduzmuşuq. Lakin “altılıq”dakı oyunlar daha ciddi və əhəmiyyətlidi. Biz həm bu mərhələyə, həm də qarşıdakı oyuna ciddi hazırlaşmışıq. Ümid edirəm ki, qələbə qazanacağıq. Ancaq bizi heç-heçə də qane edə bilər”.
