11 mart 2011 16:27

Fotqs Bakı Slavyan Universitetində (FOTOLAR)

Bu gün Bakı Slavyan Universitetinin “Elmi əsərlər” məcmuəsinin Almaniyanın Osvald Fon Volkenştayn Cəmiyyəti ilə birgə hazırlanmış xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, “Kitabi Dədə Qorqud” dastanının görkəmli alman şərqşünası Haynrix Fridrix fon Dits tərəfindən ilk nəşrinin 195 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da iştirak edib.
 
Mərasimdə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla və Osvald Fon Volkenştayn Cəmiyyətinin sədri, professor Siqlende Hartmann çıxış edərək tədbirin əhəmiyyəti barədə fikirlərini bildirib, iştirakçılara geniş məlumat veriblər. Çıxış edən natiqlər tədqiqatın mühüm əhəmiyyət kəsb etdiyini bildirərək araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Milli komandamızın baş məşqçisi Berti Foqts isə çıxışında Azərbaycan və Almaniya arasında bir çox sferalarda, həmiçinin futbol sahəsində qarşılıqlı əməkdaşlığın mövcud olduğunu deyib və bunu müsbət hal kimi qiymətləndirib.
 
Təqdimat mərasimi başa çatdıqdan sonra Berti Foqts Bakı Slavyan Universitetinin Alman Tədris-Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.