11 mart 2011 17:19
Berti Foqts əvəzedici komandaların oyununu izlədi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts əvəzedici heyətlər arasında Azərbaycan çempionatının 23-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Bakı” oyununu izləyib. Azerisport.az xəbər verir ki, Foqts Premyer Liqanın da 23-cü turu çərçivəsində baş tutacaq prinsipial qarşılaşmaları canlı izləyəcək.
Belə ki, o, martın 12-də keçiriləcək “İnter” – “Qarabağ”, həmçinin martın 13-də oynanılacaq AZAL – “Xəzər Lənkəran” və “Bakı” – “Neftçi” qarşılaşmalarını izləmək üçün stadionda olacaq.
