11 mart 2011 17:46
"Futbolçularımız da başa düşür ki, onlara ikinci şans verilib"
“Bakı”nın baş meneceri Zeynal Məmmədov komandasının “Neftçi” ilə qarşıdakı oyunla bağlı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, derbidi. Komandamız “Neftçi” ilə oyunlara həmişə xüsusi önəm verib. Bu gün isə onlar liderdilər və görüşə daha ciddi yanaşmalıyıq. Ancaq biz sırf özümüz üçün oynayırıqı və rəqibin hansı vəziyyətdə olması bizi maraqlandırmır. Bizim üçün əsas “Bakı”nın nəticəsidi. Öncə biz bir sıra səhvlər buraxdıq. İndi isə özümüzə gəlməyə çalışırıq. Futbolçularımız da başa düşür ki, onlara ikinci şans verilib”.
