11 mart 2011 18:34
Millimizin sabiq üzvünü daşa basdılar
Türkiyənin Bank Asiya birinci liqa komandalarından olan “Mersin İdman Yurdu” daşa basılıb. Azerisport.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Ernani Pereyranın şərəfini qoruduğu aşağı liqa təmsilçisi “Orduspor”la qarşılaşmaq üçün Adanaya gedərkən belə problemlə üzləşib.
Maraqlıdı ki, hava limanına gedərkən yolda avtobusu daş-qalaq edilən klubun bu təzyiqlə üzləşməsinin səbəbi də qaranlıq qalır. Hücum zamanı yaralanan və ya ölən olmayıb. Lakin avtobusa ciddi ziyan dəyib. Hadisəni törədənlərin kimliyi də bilinmir.
