11 mart 2011 18:46
Rusiya klublarından 10 supertransfer
Rusiya Premyer Liqasının yeni mövsümü ərəfəsində bu ölkənin klublarının həyata keçirdiyi 10 ən mühüm supertransfer fərqləndirilib. Azerisport.az xəbər verir ki, siyahı UEFA-nın rəsmi saytı tərəfindən açıqlanıb.
Maraqlıdı ki, siyahıda ən şok transferlərinə görə daha çox adı çəkilən klub millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi, eləcə də Emin Ağayevlə Vaqif Sadıqovun çalışdığı “Anji”di. Həyata keçirdiyi səs-küylü transferlərlə Dağıstan təmsilçisi Top-10-da da 1 və 2-ci, eləcə də 5-ci pillələrdə qərarlaşıb. Həmin siyahı ilə sizi də tanış edirik.
1. Roberto Karlos (“Corinthians”dan “Anji”yə)
2. Dieqo Tardelli (“Atletico Mineiro”dan “Anji”yə)
3. Zvezadn Misimoviç (“Galatasaray”dan “Dinamo”ya)
4. Seniyad İbriçiç (“Hajduk”dan “Lokomotiv”ə)
5. Mubarak Bussufa (“Anderlecht”dən “Anji”yə)
6. Markos Roxo (“Estudiantes”dən “Spartak”a)
7. Viktor Vasin (Nalçik “Spartak”ından CSKA-ya)
8. Nikola Drinçiç (“Spartak”dan “Krasnodar”a)
9. Lasina Traore (ÇFR-dən “Kuban”a)
10. Dmitri Kiriçenko (“Saturn”dan “Rostov”a)
