11 mart 2011 11:27
AFFA XL-ın etirazını qəbul etmədi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Xəzər Lənkəran”ın baş məşqçi Mirça Rednikin 5 oyunluq cəzasının və Stelian Stankuya göstərilmiş sarı vərəqənin ləğv olunması ilə bağlı müraciəti müzakirə olunub və aşağıdakı qərar qəbul olunub:
AFFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik və Stelian Stanku ilə baglı qəbul olunmuş qərarı qüvvəsində saxlanılsın.
