11 mart 2011 11:34
Neftçi yığma komandamıza 5 cavabsız qol vurdu
Şağan Olimpiya İdman Kompleksinin stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə “Neftçi” klubunun 1998-ci il təvəllüdlü oğlanlardan təşkil olunmuş komandası arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 5:0 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.
