11 mart 2011 01:02
Azərbaycan millisi 3-cü yer uğrunda mübarizə aparacaq
Xəbər verdiyimiz kimi, İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup çərçivəsində keçirdiyi son oyunda Türkiyəni təmsil edən Avropa region yığmasına 3:2 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, nəticədə 3 oyundan 5 xal toplayan yığmamız qrupda ikinci yeri tutub.
Turnirin Əsasnaməsinə uyğun olaraq, Azərbaycan U-17 martın 12-də üçüncü yer uğrunda oyunda Türkiyənin Şərq region yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq oyun Kuşadası Özer Türk stadionunda keçiriləcək.
