11 mart 2011 12:54
XL-ın sabiq oyunçusu Moldova klubunda
“Xəzər Lənkəran”ın sabiq oyunçularından olan Denis Kalinkov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, Moldova millisinin də şərəfini qoruyan futbolçu yerli “Rapid” klubuna keçib.
Maraq üçün qeyd edək ki, Kalinkov “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra klubsuz qalmışdı.
