12 mart 2011 00:57
Xaqani Məmmədov: Hər turdan sonra brifinq keçirməyə hazırıq
AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov bildirir ki, Premyer Liqanın hər turundan sonra mətbuat üçün brifinq keçirməyə hazırdı. Azerisport.az saytına müsahibəsində o, bu məsələ ilə bağlı aşağıdakıları qeyd edib:
“Bəzi oyunlardan sonra hakimlərlə bağlı bir çox artıq söhbətlər olur. Hakimləri müxtəlif şəkildə, düz oldu-olmadı günahlandırırlar. Buna görə də, biz hər turdan sonra mətbuat üçün brifinq keçirməyə hazırıq. Hansı ki, orda hər oyunda istənilən mübahisəli vəziyyətlə bağlı müzakirələr aparıb, nəyin doğru olub-olmadığını aydınlaşdıra bilərik”.
