14 mart 2011 01:39
İtaliya çempionatı: Derbini Totti qazandı, Milan büdrədi (YENİLƏNİB)
İtaliya çempionatında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir gün startı verilən hesabat turunun ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “İnter” səfərdə “Brescia” ilə qarşılaşıb. Erkən qola imza atan qonaqların asan qələbə qazanacağı gözlənilən oyunun sonunda maraqlı anlar yaşanıb. Öncə hesabı bərabərləşdirən meydan sahibləri 90-cı dəqiqədə hətta qələbə qoluna da imza atmağa yaxın olsa da, penaltidən yararlana bilməyiblər.
İkinci oyun günündə "Juventus" səfərdə "Cesena" ilə qarşılaşıb. Lakin qeyri-sabit çıxışı ilə seçilən Turin klubu 2 qol vurduğu qarşılaşmada qələbəni əldən verib.
Nəhayət, son oyun günündə lider "Milan" doğma meydanda "Bari" ilə oyunda məğlubiyyətdən güclə yaxa qurtarıb. Bütün dünyanın diqqət mərkəzində olan əzəli Roma derbisini isə paytaxtın eyniadlı komandası qazanıb. Liderlər qrupunda qərarlaşan "Napoli" də əzmkar qələbəyə sevinib.
İtaliya A Seriyası
29-cu tur
11 mart
Brescia – Inter – 1:1
Qollar: Karaççyolo, 85 – Eto`o, 18.
Matçın 90-cı dəqiqəsində meydan sahiblərinin üzvü Karaççyolo penaltidən yararlana bilməyib.
12 mart
Cesena - Juventus - 2:2
Qollar: Ximenes, 41-pen, Parolo, 80 - Matri, 19; 35.
13 mart
Milan - Bari - 1:1
Qollar: Kassano, 82 - Rudolf, 39.
Roma - Lazio - 2:0
Qollar: Totti, 70; 90+3-pen.
Cagliari - Udinese - 0:4
Qollar: Benatya, 43, Sançes, 44, Di Natale, 48; 54.
Catania - Sampdoria - 1:0
Qol: Lama, 75.
Chievo - Fiorentina - 0:1
Qol: Varqas, 48.
Genoa - Palermo - 1:0
Qol: Flores, 77.
Lecce - Bologna - 0:1
Qol: Ramirez, 33.
Parma - Napoli - 1:3
Qollar: Palladino, 29 - Hamşik, 52, Lavetsi, 56, Maccio, 87.
| 1 | Milan | 29 | 18 | 8 | 3 | 51 | - | 21 | 62 |
| 2 | Inter | 29 | 17 | 6 | 6 | 55 | - | 32 | 57 |
| 3 | Napoli | 29 | 17 | 5 | 7 | 44 | - | 26 | 56 |
| 4 | Udinese | 29 | 16 | 5 | 8 | 54 | - | 30 | 53 |
| 5 | Lazio | 29 | 15 | 6 | 8 | 35 | - | 25 | 51 |
| 6 | Roma | 29 | 14 | 7 | 8 | 45 | - | 39 | 49 |
| 7 | Juventus | 29 | 11 | 9 | 9 | 43 | - | 37 | 42 |
| 8 | Fiorentina | 29 | 10 | 10 | 9 | 33 | - | 29 | 40 |
| 9 | Palermo | 29 | 12 | 4 | 13 | 44 | - | 46 | 40 |
| 10 | Cagliari | 29 | 11 | 6 | 12 | 35 | - | 34 | 39 |
| 11 | Bologna | 29 | 11 | 9 | 9 | 32 | - | 36 | 39 |
| 12 | Genoa | 29 | 10 | 8 | 11 | 28 | - | 32 | 38 |
| 13 | Chievo | 29 | 7 | 11 | 11 | 28 | - | 31 | 32 |
| 14 | Catania | 29 | 8 | 8 | 13 | 25 | - | 38 | 32 |
| 15 | Sampdoria | 29 | 7 | 10 | 12 | 25 | - | 33 | 31 |
| 16 | Parma | 29 | 6 | 11 | 12 | 28 | - | 41 | 29 |
| 17 | Cesena | 29 | 7 | 8 | 14 | 25 | - | 40 | 29 |
| 18 | Lecce | 29 | 7 | 7 | 15 | 31 | - | 51 | 28 |
| 19 | Brescia | 29 | 6 | 8 | 15 | 23 | - | 36 | 26 |
| 20 | Bari | 29 | 3 | 8 | 18 | 16 | - | 43 | 17 |
