12 mart 2011 13:57
Leekens millimizlə oyun üçün heyəti martın 15-də açıqlayacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Belçika millisinin heyətinin açıqlanacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu ölkənin əsas komandasının baş məşqçisi olan Jorj Leekens martın 15-də açıqlayacaq.
Qeyd edək ki, belçikalılar martın 25-də Vyanada Avstriyanın qonağı olacaqlar. Ayın 29-da isə Brüsseldə millimizi qəbul edəcəklər.
