12 mart 2011 14:12
Sao Paulo Luis Fabianonu Sevilla'dan oğurladı
Braziliyanın köklü klublarından “Sao Paulo” İspaniyanın “Sevilla” klubunda top qovan 30 yaşlı hücumçu Luis Fabianonu rəsmən heyətinə qatıb. Azerisport.az xəbər verir ki, artıq klubun rəsmi saytı da bu informasiyanı rəsmən təsdiqləyib.
Klub rəhbərliyinin verdiyi açıqlamada təcrübəli oyuncunu dörd aydı transfer etməyə çalışdıqları bəyan edilir. Fabiano da öz açıqlamasında pulun heç də hər şeyi həll etmədiyini və qəlbindəki klubun formasını geyəcəyi üçün xoşbəxt olduğunu bildirib.
Luis Fabiano üçün “Sao Paulo” “Sevilla”ya 7.6 milyon avro transfer haqqı ödəyəcək.
