12 mart 2011 15:38
“Xəzər Lənkəran`a uduzmaqdan bezmişik”
AZAL-ın təcrübəli oyunçularından olan Nuqzar Kvrtiya sabah keçiriləcək “Xəzər Lənkəran”la oyun ərəfəsində fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, qarşıdakı görüşlə bağlı bunları dilə gətirib:
“Biz “Xəzər Lənkəran”a uduzmaqdan bezmişik. Ardıcıl olaraq bir neçə oyunda 1:2 və 0:1 hesablı məğlubiyyətlər almışıq. Bu dəfə bunun əvəzini çıxmağa çalışacağıq. Əgər AZAL “altılıq”da yerini təmin edibsə, bu o demək deyil ki, biz yerimizdə sayacağıq. Bundan sonrakı “altılıq” oyunlarında ancaq qələbə üçün oynayıb avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. İnanıram ki, “Xəzər Lənkəran”la oyunda uğursuz seriyaya son qoyaraq qələbə qazanacağıq. Bütün komanda yoldaşlarıma uğurlar arzulayıram”.
