12 mart 2011 15:46
Stefan Bates: Neftçi və XL-la oyunlar daha çətin olacaq
“Bakı”nın serbiyalı müdafiəçisi Stevan Bates Premyer Liqanın final mərhələsi və sabah keçiriləcək “Neftçi” ilə oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunları dilə gətirib:
“Sabahdan “altılıq” oyunlarına start verilir. Onu deyə bilərəm ki, bu mərhələnin oyunları tam fərqli keçəcək. Bu mərhələdə zəif rəqib yoxdu. “Altılıq”da yer alan bütün komandalar bir-birlərinə layiqdirlər. Güclü rəbiqlərlə oynamaq bizə əlavə ruh verir. Məncə, “Neftçi” və “Xəzər Lənkəran”la oyunlar daha çətin alınacaq. “Neftçi” güclü komandadı və rəqiblərimizin turnir cədvəlində ilk pillədə yer alması oyuna əlavə rəng qatır. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq, sabah da belə olacaq”.
