12 mart 2011 16:00
Aqil Nəbiyev: XL-ı məğlub edib, uğursuz sindroma son qoymaq istəyirik
AZAL-ın kapitanı Aqil Nəbiyev Premyer Liqanın qarşıdan gələn “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının şanslarını belə qiymətləndirib:
“Bu bizim üçün çətin oyun olacaq. Biz “Xəzər Lənkəran”a qarşı son oyunlarda bir sıra problemlər yaşamışıq. Məhz buna görə, qarşılaşma bizim üçün ciddi sınaq olacaq. Həm də “altılığ”ın ilk matçında qələbə qazanmaq istəyirik ki, digər oyunlara da böyük motivasiya ilə çıxaq. Həqiqətən də “Xəzər Lənkəran”a qalib gəlmək bizim üçün əla motivasiya olardı.
Çoxları fikirləşir ki, AZAL “altılığ”a düşdü, iş bitdi. Əksinə, bizim əsas oyunlarımız bundan sonra başlayır. Digər tərəfdən “Xəzər Lənkəran”ı məğlub etməklə, bu uğursuz sindroma son qoymaq istəyirik. Bu oyuna çox ciddi hazırlaşmışıq. Buna görə də, meydana yalnız qələbə əzmi ilə çıxacağıq”.
