12 mart 2011 16:54
AZAL-ın nigeriyalı oyunçusu əməliyyat olundu
AZAL-ın nigeriyalı futbolçusu Pius İkediya bir müddət yaşıl meydanlardan kənar qalacaq. Azerisport.az xəbər verir ki, buna onun əməliyyat olunması səbəb olub.
Belə ki, “Gəncə” ilə oyunda ağır zədələnən İkediya iki gün əvvəl Mərkəzi Klinikada əməliyyat edilib. Diz bağlarından əməliyyat olunan İkedia artıq klinikanı tərk edib. Komandanın həkimləri onun 10 gündən sonra fərdi məşqlərə başlayacağını bildirirblər.
