12 mart 2011 17:02

“Azərbaycan yığması əlverişli imkanları qola çevirə bilmədi”

İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirdə Türkiyəni təmsil edən Şərq region yığması ilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması arasında keçirilən oyundan sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın minimal hesablı məğlubiyyəti ilə başa çatan qarşılaşmadan sonra çalışdırıcılar bunları söyləyib:
 
Turqay Semercioğlu (Şərq region yığmasının baş məşqçisi): “Qardaş ölkənin komandası ilə qarşılaşdığımız üçün çox şadıq. Hər iki yığma qələbəyə layiq idi. Azərbaycan yığması əlverişli imkanları qola çevirə bilmədi. Həqiqətən də, bəxt bu gün bizim tərəfimizdə idi. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Azərbaycan yığmasına uğurlar arzulayıram”.
 
Təbriz Həsənov (Azərbaycan U-17-nin baş məşqçisi): “Qələbə ilə başa vura biləcəyimiz bir turniri xoş notlarla bitirə bilmədik. Əvvəlki oyunlarda olduğu kimi, yenə də təhlükəli vəziyyətləri qola çevirməkdə çətinliklərlə üzləşdik. Oyun ərzində ərazi üstünlüyünə malik olsaq da, əks-hücumda qol buraxdıq. Son dəqiqədə isə penaltidən yararlana bilmədik. Səhvlərimizin üzərində işləyib daha yaxşı oynamağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.