12 mart 2011 17:06
“Komandamdan belə gözəl oyun gözləmirdim”
Bu gün keçirilən "Simurq" - "Muğan" oyunu ilə Premyer Liqanın final mərhələsinin oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsinin hər iki oyununda rəqibini məğlub edən Salyan təmsilçisi bu dəfə də səfər oyunundan qalib ayrıldı - 3:1. Qarşılaşmadan sonra baş məşqçilər matçla bağlı bunları dilə gətirdi:
Bəhmən Həsənov, "Muğan"ın məşqçisi: "Komandamdan belə gözəl oyun gözləmirdim. Əsas heyətin bir neçə futoblçusuna bu gün istirahət vermişdik. Gənc futbolçulara özünü göstərmək üçün şans verdik. Qalib gəldiyimiz üçün şadam. Rəqibin səhvlərindən istifadə etdik, əks-hücumda yaxşı oynadıq. "Simurq"a qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Qyoko Haciyevski, "Simurq"un baş məşqçisi: "Bu oyunda qalib qəlmək istəyirdik. "Muğan" yaxşı təşkilatlanmış komandadı, futbolçuların anlaşması da yaxşı səviyyədədi. Bizim bir neçə qol imkanımız oldu, qapı önündən topu dirəyə vurduq. Artıq qarşıdakı oyunları düşünəcəyik".
